“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 78 saylı 26 iyun 1996-cı il  tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 353 saylı 11 iyul 1996-cı il tarixli əmri ilə Bakı Politexnik və Maşınqayırma texnikumlarının birləşdirilməsi nəticəsində Bakı Texniki Kolleci yaradılmışdır. 


Kollecin hüquqi ünvanı: Bakı şəhəri,8-ci km qəsəbəsi,Q.Qarayev 2B


Keçmiş Bakı Politexnik Texnikumu isə əsası 1930-cu ildə qoyulmuş Məişət-Texniki Texnikumun bazası əsasında 1962-ci ildə yaradılmışdır. Bakı Texniki Kollecinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlar Siyahısı" nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.08.2015-ci il tarixli 280 nömrəli qərarına əsasən dəyişdirilərək Azərbaycan Texniki Universiteti nəzdində Bakı Texniki Kolleci adlandırılmışdır.


Keçmiş Bakı Politexnik Texnikumu əsası 1930-cu ildə qoyulmuş Məişət-Texniki Texnikumun bazası əsasında 1962-ci ildə yaradılmışdır. 


Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci hüquqi şəxs statusuna malik orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Kollec öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2011-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta İxtisas təhsil müəssisəninin Nümunəvi Nizamnaməsi"ni,digər qərar və sərəncamlarını,Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini,kollegiyasının qərarlarını Azərbaycan Texniki Universitetinin nizamnaməsini və öz nizamnaməsini rəhbər tutur. Kollec-orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir.


AzTU-nin nəzdində Bakı Texniki Kollecində təhsil dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilir.


2012-ci ildən etibarən kollec məzunlarına “Subbakalavr” ixtisas dərəcəsi verilməyə başanmışdır. 2019-cu ildən isə  “Subbakalavr” diplomunu almış kollec məzunlarının uyğun ixtisaslar üzrə imtahansız, ümumi orta müvəfəqqiyyət göstəricilərinə görə Universitetlərə qəbulu həyata keçirilir. Bu fürsətdən yararlanan Bakı Texniki Kollecinin yüzlərlə məzunları hər il Universitetlərin “Bakalavr” pilləsinə imtahansız qəbul olunurlar.


Kollecə 2014-cü ilədək t.e.n.Məmmədov Ramazan Mollateyyub oğlu, direktor kimi rəhbərlik etmişdir. 2014-cü ildən 2 fevral 2020-ci il tarixinə qədər t.e.n. Məmmədov Fərrux  Qara oğlu direktor  vəzifəsinin səlahiyyətlərini icra etmişdir.

2 fevral 2020-ci il tarixində t.e.d., prof. Akif Əli oğlu Cahangirov kollecə  direktor təyin olunmuşdur və hal-hazırda da kollecə rəhbərlik edir. Prof. Akif Əli oğlu Cahangirov 2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə və 2018- ci ildə Azərbaycan Respublikasının Prezdentinin Sərəncamına əsasən “Tərəqqi ” medalı ilə təltif olunmuşdur.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Hal-hazırda kollecdə yuxarıda göstərilən ixtisaslar üzrə 1600 nəfər tələbə təhsil alır. Onların tədris prosesi ilə 125 nəfər yüksək ixtisaslı müəllim heyəti məşğul olur.

AzTu nəzdində Bakı Texniki Kolleci Həmkarlar İttifaqı Komitəsinin faəliyyəti: